29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bayden liderləri təcili toplayır: bu məsələlər müzakirə ediləcək

26 fev 2024 08:00
GÜNDƏM
ads

ABŞ prezidenti Co Bayden Ukraynaya yardım və hökumətin maliyyələşdirilməsini müzakirə etmək üçün Ağ Evdə Konqres liderlərini toplayır.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Fevralın 27-də keçiriləcək iclasda Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senatda çoxluğun lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefris və Senatda azlıqların lideri Mitch McConnell iştirak edəcək.

Ağ Evdəki anonim mənbənin bildirdiyinə görə, görüş zamanı Bayden Ukrayna və İsrailə ikitərəfli dəstəyi olan yardım paketinin təcili qəbul edilməsinin zəruriliyini, həmçinin federal hökumətin sentyabrın sonuna qədər açıq qalması üçün qanunvericiliyi müzakirə edəcək.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski də Ukraynaya yardım məsələsi ilə bağlı Nümayəndələr Palatasının sədrinə müraciət edib. “Cənab spiker, Ukraynanın taleyi bundan asılıdır, taqətdən düşmüş Ukrayna xalqı sizə yalvarır, ölkənizin etimadı da təhlükə altındadır”, - deyə diplomat bildirib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur