Polşa avqustun 1-dən Belarusla sərhədi qorumaq üçün yeni missiyaya başlamağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, ölkəyə qarşı hibrid müharibə aparılır. Polşa-Belarus sərhədinin təhlükəsizliyi təkcə Polşanın işi deyil, həm də NATO-nun məsuliyyətidir.
“17 min hərbçinin iştirak edəcəyi “Təhlükəsiz Podlasie” missiyası yaradılacaq”, - nazir qeyd edib.
Cəmilə