02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi

27 noy 2024 21:00
GÜNDƏM
ads

“Konall” qasırğası cənub-şərqi İngiltərəyə güclü yağışlar gətirərək “Bert” fırtınasından sonra hələ də təmizləmə işləri aparılan daşqın bölgələrində vəziyyəti daha da pisləşdirib.

QÜTB.AZ xəbər verir ki, çərşənbə günü səhər saatlarına olan məlumata görə, İngiltərədə 99 daşqın xəbərdarlığı, o cümlədən Northamptonshire əyalətindəki Nene çayı üçün “həyati təhlükə" yaradan ciddi xəbərdarlıq qüvvədədir. Uelsdə isə dörd xəbərdarlıq mövcuddur.

Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərənin cənubundakı bəzi bölgələr üçün yağışlar barədə sarı hava xəbərdarlığı yayıb. Güclü yağış səbəbindən bəzi bölgələrdə qatar xidmətləri ləğv edilib. Londondakı Blackfriars və London St Pankras stansiyaları arasında dəmir yolu xətləri daşqın səbəbindən bağlanıb, səfərlər təxirə salınıb.

Dorset, Susseks, Surrey, Esseks və Kent bölgələrində ümumi yağıntının bir qədər də artması gözlənilir. İngiltərənin və Uelsin digər bölgələrində, o cümlədən “Bert” qasırğası zamanı daşqına məruz qalmış yerlərdə də gecə ərzində yağış müşahidə edilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur