Gələn il ABŞ-ın müdafiə büdcəsi təxminən 841 milyard dollar olacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda məlumat verib.
Onun nazirliyi dövlətdən məhz bu qədər vəsait alacaq.
Cari il üçün ABŞ-ın müdafiə büdcəsi təxminən 824 milyard dollardır. Ostin gələn il üçün ayrılan məbləği “tarixi” adlandırıb.
“Bu, ABŞ ordusunun dünyanın ən güclü döyüş qüvvəsi olaraq qalmasına kömək edəcək”, - o deyib.
Hüseyn İbadlı