“Liverpul”un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositzke müştərisinin gələcəi barədə danışıb.
Publika.az xəbər verir ki, o, alman mütəxəssis Mersisayd klubundan ayrıldıqdan sonra bir il məşqçilik fəaliyyəti ilə məşğul olmayacağını bildirib:
“Yurgen Klopp cari mövsüm bitdikdən sonra bir il ərzində heç bir klub və ya milli komandanı çalışdırmayacaq. Bu, dəyişməz olaraq qalır”.
Xatırladaq ki, Kloppun “Bavariya”da Tomas Tuçeli əvəz edəcəyi ilə bağlı iddialar var.