Bu gün saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı 5 nəfər (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, yanğın Masallı şəhərində "Köhnə bazar" adlanan ərazidə baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
--------
15:47
Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.
Milli.Az