“Bayern”in və Almaniya yığmasının yarımmüdafiəçisi Tomas Müller milli komandadan getməyi düşünür.
Publika.az xəbər verir ki, o, bu barədə “Sky Germany” kanalına açıqlama verib. “Çox güman ki, bu, milli komandadakı son matçım idi”, – deyə əfsanəvi forvard bildirib.
Müller Almaniya millisinin heyətində dünya çempionu (2014) olub. Futbolçu 2010-cu ilin martında millidə debüt edib.
Ümumilikdə 34 yaşlı almaniyalı Almaniya millisinin heyətində 131 oyunda 45 qol vurub və 41 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən gün almanlar Avro-2024-ün 1/4 finalında İspaniyaya uduzaraq (1:2) turnirlə vidalaşıblar.
Heybət