16.03.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycan regional sabitlik üçün önəmli mərkəzdir - Türkiyəli deputat

19 fev 2025 13:00
GÜNDƏM
ads
Advertisement

"Azərbaycan regional sabitlik üçün kifayət qədər önəmli mərkəzdir. Azərbaycanın ərazi bütbövlüyünü təmin etməsi region üçün mühüm addımdır”.

Qutb.az xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen deyib. 

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının nəticəsi bütün regiondfa sabitliyi və rifahı gücləndirəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”.

O qeyd edib ki, çoxölçülü təkmil əməkdaşlıq qurmaq lazımdır:

“İkitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi qədər çoxtərəfli əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Çoxtərəfli beynəlxalq əməkdaşlıq bir sıra digər sahələrdə də dəyərli töhfələr verə bilər. Parlamentlər xalqların çoxtərəfli əməkdaşlığının genişlənməsi üçün əhəmiyyətli rol oynaya bilər. Dünya əhalisinin 60 %-i Asiyada yaşayır. Dünyanın ürəyi Asiyada həm istehsalçı, həm də istehlakçı kimi döyünməkdədir. Asiya həm də böhranlar olan qitədir. Məsələn, Suriya. Türkiyə hər zaman Suriya xalqının yanında olub. Nəhayət Suryada zalım rejim aradan qaldırıldı. Bu gün Suriyada keçid hökumətinə dəstək vermək son dərəcə vacibdir. PKK, YPG kimi terror təşkilatlarının Suriyada yeri ola bilməz. Bu istiqamətdə bütün Asiya ölkələrini Suriyada qurulan yeni hökuməti dəstəkləməyə dəvət edirik”. 

Deputat həmçinin Qəzzada əldə olunan atəşkəsə də toxunub: “15 aydır ki, Qəzza ağır blokada altındadır. Amma yardımlar artıq Qəzzaya çatmağa başlayıb. Lakin İsrail hökumətinin daha məkrli planlar qurduğunu görməkdəyik. Yeni ABŞ hökumətinin irəli sürdüyü təkliflər vaxt itkisidir, bunlar qəbul edilə bilməz. Qəzza fələstinlilərə məxsusdur. Qəzzanı qəzzalılardan ayırmaq qəbuledilməzdir".

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 16.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:20
05:19
Sübh
05:30
05:29
Gün çıxır
06:51
06:49
Zöhr
12:49
12:49
Əsr
16:10
16:11
Gün batır
18:48
18:49
Məğrib
19:05
19:06
İşa
19:58
19:59
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur