Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində növbəti hərbi yardım paketinin ayrıldığını açıqlayıb
QÜTB.AZ ABŞ KİV-nə istinadla xəbər verir ki, yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir. Əlavə dəstək prezidentin ixtisar sərəncamları (PDA) vasitəsilə təmin edilir.
Noyabrın 10-da Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Ukraynaya razılaşdırılmış yardım üçün 6 milyard dollar ayırmağa nail olmaq istəyir.
O vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabr ayında ABŞ-a səfəri zamanı Bayden Vaşinqtonun Konqres tərəfindən verilən bütün resursları vaxtında və tam şəkildə Kiyevə sərf etmək niyyətində olduğunu açıq şəkildə bildirib.
Hüseyn İbadlı