23.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Türkiyə-Azərbaycan Universiteti niyə yaradılmadı? - Deputatdan ETİRAZ

23 dek 2025 13:00
GÜNDƏM
ads

Reallıq budur ki, illərdir bu istiqamətdə çoxsaylı protokollar imzalansa da, məsələn, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına nail ola bilməmişik. Bu barədə ciddi düşünməliyik.

Qutb.az-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa  deyib. 

Deputat qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə uğurlarımız olsa da, təhsildə,- xüsusilə praktiki tətbiq sahəsində, - nəzərdə tutulan layihələri reallaşdıra bilmirik.
“Əslində, peşə təhsili baxımından müqavilə bağlamalı olduğumuz əsas tərəfdaş ölkələr bəlkə də Almaniya və digər Avropa ölkələridir. Çünki bu ölkələrdə peşə təhsili müasir texnologiyalarla və əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunur”.

“Qeyd edim ki, bir çox aparıcı kadrlarımız – xüsusilə filologiya sahəsində – Türkiyədə təhsil alıblar. Bir dövr Türkiyənin universitet sistemi daha inkişaf etmişdi. Təəssüf ki, bu gün Türkiyə məktəbləri demək olar ki, Azərbaycan təhsil sistemindən çıxıb və onların bərpası istiqamətində ciddi addımlar atılmalıdır. Bu məsələyə xüsusilə Vətən müharibəsindən sonra yaradılmış mühitdə önəm verilməlidir.

Digər tərəfdən, biz rusdilli təhsillə bağlı müəyyən çətinliklər yaşayırıq, -müəllim çatışmazlığı və keyfiyyət problemi var. Lakin heç olmasa dil və mentalitet baxımından bizə yaxın olan Türkiyə təhsil sisteminin Azərbaycanda daha geniş təmsil olunması üçün addımlar atılmalıdır”.

F. Mustafa qeyd edib ki, bir zamanlar Atatürk məktəbi və digər türk liseyləri çox populyar idi və böyük fayda verirdilər.
“Təəssüf ki, maliyyə çatışmazlığı səbəbindən onların fəaliyyətini davam etdirmək mümkün olmadı. Halbuki bu məktəblər vətəndaşlara alternativ seçim imkanı verirdi – nə ideoloji təzyiq, nə də yad təhsil sistemi – qardaş ölkənin təcrübəsi idi.

Əgər biz cəbhədə bir yerdə mübarizə aparırıqsa, məktəbdə, peşə təhsilində və ali təhsildə də birlikdə olmalıyıq və bu istiqamətdə inkişaf etməliyik”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur