Dünya çempionatında Rusiya və Belarus bayraqlarına qadağa
Beynəlxalq Xokkey Federasiyası (IIHF) mayın 10-dan 26-dək Çexiyada keçiriləcək dünya çempionatının oyunlarına Rusiya və Belarus bayraqlarının keçirilməsini qadağan edib.
QÜTB.AZ bu barədə IIHF mətbuat xidmətinə istinadən xəbər verir. “Turnir zamanı matçlara yalnız çempionatda iştirak edən ölkələrin dövlət bayraqlarının keçirilməsinə icazə veriləcək”, - IIHF-nin mətbuat xidmətindən bildirilib. Buzüstü xokkey üzrə hazırkı dünya çempionu Finlandiyadır.