FHN-in Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olundu
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Qutb.az-ın məlumatına görə, sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edir.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.