01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Gecələr içki satışı qadağan edildi

03 may 2024 13:00
GÜNDƏM
ads
Advertisement

İtaliyanın Milan şəhərində bələdiyyə hökumətinin şəhərdə gecə həyatını qaydasına salmaq istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təxminən bir aya yaxın şüşə və qalay paketlərində içki satışına qadağa qoyulub.

Publika.az xəbər verir ki, İtaliya mediasında yayılan xəbərlərə görə, ölkənin ən çox ziyarət edilən şəhərlərindən biri olan Milanın meri Cüzeppe Sala şəhərin turistik məkanlarında gecə saatlarında çöldə içki satışı ilə bağlı yeni qərar imzalayıb.

Şəhərdə bu gündən iyunun 1-dək sınanacaq təcrübə çərçivəsində Duomo meydanı, Navigli, Bicocca Darsena kimi 12 turistik ərazidə saat 22.00-dan 05.00-dək şüşə və qalay bağlamalarda alkoqol və ya sərinləşdirici içkilərin satışına icazə verilməyəcək.

Qadağa bütün kiçik, orta və iri satış yerlərini və belə paketlərdə məhsul satan avtomatik qurğuları əhatə edir. Digər tərəfdən, məkanlarda xidmətlərə məhdudiyyət qoyulmasa da, çöldə göstəriləcək xidmətlərdə karton fincanlardan istifadə edilməsi tələb olunur.

Mətbuatda çıxan xəbərlərdə şüşə butulkaların qırılmasının həm səs-küyə, həm də müxtəlif təhlükəli xəsarətlərə səbəb olduğu bildirilib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur