Çeçenistanın rəhbəri Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Çeçenistan lideri özünün Teleqram kanalında qeyd edib ki, ölkə vətəndaşlarının dəstəyi əsl liderliyin danılmaz sübutudur.
"Hörmətli İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan vətəndaşlarının bu cür dəstəyi İlham Heydər oğlunun öz xalqının əsl lideri olduğuna danılmaz sübutdur ”, - R. Kadırov yazıb.
O əlavə edib ki, İlham Əliyevin təcrübəsi və çətin qərarlar qəbul etmək bacarığı onu ölkəsinin siyasi və ictimai həyatında əvəzolunmaz şəxsiyyətə çevirir. Çeçenistan rəhbərinin sözlərinə görə, Azərbaycan Prezidenti həm də tərəfdaşlarla, o cümlədən Rusiya ilə diplomatik əlaqələri gücləndirməyə çalışır. Bundan əlavə, Kadırov İlham Əliyevin rəhbərliyi ilə qonşu dövlətin dinamik inkişafının davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
Murad