“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin agenti Huqo Kajuda futbolçunun gələcəyi barədə Rusiya mətbuatına açıqlama verib.
Publika.az xəbər verir ki, o, Kabo Verde millisinin üzvünün Rusiya Premyer Liqasında çıxış edən iki klubun maraq dairəsində olduğunu bildirib:
“Həqiqət budur ki, “Rubin” oyunçunu izləyir. Leandro ilə "Krasnodar" da maraqlanır. Gəlin görək bütün bunlar nə ilə nəticələncək”, - deyə Kajuda açıqlamasında bildirib.
Heybət