Səudiyyə Ərəbistanı Qran Prisi üçün “Ferrari”nin heyətində gözlənilməz dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Karlos Saynzı gənc Oliver Berman əvəz edəcək. İspaniyalı pilot appendisit səbəbindən yarışda iştirak edə bilməyəcək. O, artıq uğurla əməliyyat olunub.
Saynzı əvəz edəcək Berman “Formula 2”-də yarışır. Britaniyalı Ferrari sürücüsü kimi “Formula 1” yarışlarında iştirak edən 97-ci sürücü olacaq. O, elit səviyyədə cəmi 18 yaş 10 aylığında debüt edir.
Berman 33 ildən sonra “Ferrari”də çıxış edən ilk britaniyalı olacaq. Onun sələfi Naysel Mansel olub.
Media onun Lyuis Hemiltonla yaş fərqini də qeyd edib. Bermanın həmyerlisi “Mercedes”in heyətində “Formula1”-də debüt edəndə o, 18 aylıq olub.