Dani Alvesin günahkar bilindiyi zorlama qalmaqalı onun dünyadakı, xüsusən də vətəni Braziliyadakı nüfuzuna çox təsir edib.
Publika.az "Esporte"yə istinadən xəbər verir ki, dünən Alvesin doğulduğu Xuazeyradakı heykəlinə qarşı təhqiredici hərəkətlər ediblər. Abidənin üzərinə naməlum şəxslər boya töküblər.
Həmçinin qeyd edilir ki, şəhərin bəzi sakinləri əfsanəvi futbolçuya 4 il həbs cəzası verildikdən sonra heykəlin sökülməsini tələb edirlər.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl isə abidənin başına polietilen torbalar keçirilmişdi.
Heybət