Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin 2024-cü ilin noyabrında Qazaxıstana səfər etmək dəvətini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının prezidentlik mərkəzində Tokayevlə Putin arasında görüş olub. Tokayev Rusiya liderinin 2024-cü ilin noyabrında Qazaxıstana növbəti səfərini və bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ali Şurasının iclasında iştirakla birləşdirməyi təklif edib. Dəvət Putin tərəfindən qəbul edilib.