Norveç ABŞ ilə orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.
Müdafiə naziri bildirib ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.
Məlumata görə, raketlər üçün 362,9 milyon dollar ödəniləcək.