Altıqat Fransa çempionu “Bordo” fəaliyyətini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Klub borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, Jirondinlər iflas və ya ləğv oluna bilərlər.
“Bordo” rəhbərliyi “Liverpul”un sahibi olan ABŞ-ın “Fenway Sports Group” qrupu ilə danışıqlar aparsa da, nəticəsiz qalıb.
Qeyd edək ki, 2023/24 mövsümündə “Bordo” Liqa 2-də 12-ci yerdə başa vurub.