Rusiyadan Türkiyəyə neft daşıyan “Osaka” tankeri Bosfor boğazında problemlə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “İhlas” portalı məlumat yayıb.
Məlumata görə, Portuqaliya bayrağı altında 40,7 min ton neft daşıyan 183 metrlik tanker Rusiyadan Türkiyənin Mersin şəhərinə gedirmiş. Haydarpaşa limanı yaxınlığında, İstanbulla üzbəüz gəminin sükanı sıradan çıxıb və bir müddət boğazda qalıb.
Nəticədə tanker təhlükəsiz yerə aparılıb. Əməliyyatın həyata keçirilməsi üçün İstanbul Naviqasiya Mərkəzindən 3 yedək gəmisindən istifadə olunub.
Tural