"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 6-cı turunun "Atalanta" ilə oyununda (3:2) aldığı zədə səbəbindən 2024-cü ildə bir daha meydana çıxmaya bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun zədəsinin xarakteri hələ müəyyən edilməyib. Lakin qeyd olunur ki, cüzi əzələ diskomfortu olsa belə, fransalı "Rayo Valyekano" ilə növbəti La Liqa oyununda (14 dekabr) iştirak etməyəcək. O, həmçinin qitələrarası kubokun finalını – 2024 (18 dekabr) buraxa bilər.
Zədə daha ciddi olacağı təqdirdə Mbappe İspaniya çempionatının "Sevilya" ilə dekabrın 22-də baş tutacaq ilin son oyununda da iştirak etməyəcək.
Aut.az