30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

90-cı illərdə Azərbaycan ordusunda xidmət etmiş şəxslərə kompensasiya veriləcək?

06 fev 2024 12:00
GÜNDƏM
ads

90-ci illərdə Azərbaycan ordusunda həqiqi hərb xidmət edən əsgərlər 2,5-5 il arasında qulluq ediblər. Hazırda Azərbaycanda həqiqi hərbi xidmətin 1-1,5 il olduğunu nəzərə alsaq, 90-cı illərdə ölkədəki vəziyyətə görə daha çox xidmət edən vətəndaşlara heç bir imtiyaz verilməyib. Onların 2,5-5 il qulluq etməsi, təbii ki, karyera, şəxsi həyatın planlanması baxımından həmin şəxslərə böyük zərər vurub.

Amma həmin dövrdə qulluq etmiş əsgərlərin xidməti sonrakı dövrlərdə də qiymətləndirilməyib. Olmaz ki, onlar o xidmətlərinə görə hər hansı medalla təltif olunsunlar və ya artıq xidmət etdikləri illərə görə müəyyən miqdarda kompensasiya alsınlar?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Publika.az-a açıqlama verib.

O qeyd edib ki, 90-cı illərdə 5-6 il belə həqiqi hərb xidmət edən əsgərlər olub:

“Bu da onların həyatlarına, işlərinə təsir edib. Həmin şəxslərə medal yox, kompensasiya verilməsi barədə düşünülə bilər. Dövlətin bunun üçün imkanları var. Hər hansısa bir şəxs döyüş bölgəsində xidmət edib və ya müharibə veteranı adı almayan varsa, bu imtiyazları həmin hərbi quluqçulara vermək lazımdır. Çünki xeyli insan var ki, fədakarlıq edib. Bu fədakarlıq mükafatlandırılmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan və Azərbaycan arasında olan I Qarabağ müharibəsi zamanı müddətli hərbi quluqçularının bir hissəsi 4-5 ilə qədər hərbi xidmət ediblər:

“O dövrdə Azərbaycan ordusunda qanunvericiliyə görə həqiqi hərbi xidmətin müddəti 2 il idi. Buna baxmayaraq dövlət real vəziyyətə uyğun olaraq xüsusi sərəncamla səfərbərlik və ya qismən səfərbərlik elan etməklə müddətli hərbi xidmət qulluğunun vaxtını uzatdı. Azərbaycan qanunvericiliyi bu gün həqiqi hərb xidmət müddətindən daha artıq xidmət edən heyətə hansısa xüsusi imtiyazların və ya kompensasiya ödəməsini nəzərdə tutmur. Təltif olunmaya gəldikdə isə təbii ki, o zaman xidmətdə xüsusi fərqlənənlər müxtəlif orden, medal və fəxri adlarla təltif ediliblər”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur