İranda 48 nəfər metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd olunur ki, Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazandaranda 21, Gilanda 15, Həmədanda 11 və Zəncanda bir nəfər ölüb. Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib.
Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb. Faciənin miqyasının çox böyük olduğu bildirilir.
Tural