Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun “Əl-Şabab”la oyununda (3:2) rəqib azarkeşlərə nalayiq jest edən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sükutu pozub.
Publika.az xəbər verir ki, portuqaliyalı superulduz qızğın müzakirələrə səbəb olan jestini şərh edib. “Ər-Riyadiya” saytına danışan 39 yaşlı futbolçu davranışında səhv görmədiyini deyib:
"Mən bütün klublara hörmət edirəm. Qoldan sonrakı sevincim güc və qələbəni ifadə edir. Bunda qəbahət yoxdur. Biz Avropada buna öyrəşmişik".
Qeyd edək ki, "Əl-Şabab"la oyundan sonra bir anda tribunalardakı azarkeşlərin bir qismi Ronaldonun əzəli rəqibi Lionel Messinin adını səsləndirdilər. Portuqaliyalı tamaşaçıların davranışına nalayiq jestlə reaksiya verib. "L'Equipe" məlumatına görə, futbolçu bu hərəkətinə görə bir oyunluq cəza alıb.
Heybət