Münasibətdə maddiyyatın önəmi varmı?
Sosial şəbəkələrdən olan instaqramda "Milli mentalitet" səhifəsinin belə bir paylaşımı diqqətimizi çəkdi: "Ərimin ailəsi ilə evi olmasa maşınında da yaşamağa razıyam, təki ərim yanımda olsun".
Münasibətdə maddiyyatın rolu son dövrlərin müzakirə mövzusu olmuş məsələyə çevirilib.
Sosial şəbəkələrdə bu mövzu daha da aktualdır. Xüsusilə də, gənclərin paylaşımlarında bu hala rast gəlinir.
Bəs maddiyyat aşağı dərəcədə olub, sevgi pik həddə olarkən xoşbəxt olmaq olarmı?
Yoxsa sevgi yox dərəcəsində olduğu halda, maddiyyat pik nöqtədə olarkən xoşbəxt olunur?
"Kimisinin pul, kimisinin şəxsiyyət, kimisinin mənəvi dəyərləri yüksəkdir. Kimisi isə maddiyyata üstünlük verir". Bu sözləri QÜTB-ə açıqlamasında psixoloq Aynur İsmayılova bildirib.
Psixoloq qeyd edir ki: "İnsanların özlərinə aid dəyərləri var. Dəyərlər isə müxtəlifdir. Bir insanın dəyəri maddiyyatdırsa, təbii ki, qarşı tərəfi sevsə də, adını "sevgi" qoyduğu bu istəkdə maddiyyatı üstün tutur. Bunun üçün maddiyyatla xoşbəxt olmağı seçir və bəzən xoşbəxt olur. Bir insanın şəxsi keyfiyyətləri qarşı tərəf üçün maraqlıdırsa, o zaman şəxsi keyfiyyətləri üstün tutur".
A.İsmayılova münasibətlərdə baş verən bütün problemlərin maddiyyatla bağlı olmadığını vurğulayır:
"Belə bir kontekstdən yanaşa da bilərik ki, bütün cütlüklərin ayrılması maddi problemlərə görə baş vermir".