Bir vaxtlar elmi fantastika mövzusuna çevrilən kosmik lift layihəsi Yaponiya şirkətinin təşəbbüsü ilə 2050-ci ilə qədər reallığa çevrilə bilər.
Publika.az xəbər verir ki, dünyanın ən hündür qülləsi olan “Tokyo Skytree”-nin inşası ilə tanınan “Obayashi Corporation” kosmosa çatacaq 96 min kilometr uzunluqda lift inşa edəcəklərini açıqlayıb.
100 milyard ABŞ dolları dəyərində olan layihənin tikintisinə 2025-ci ildə başlanacaq. Lift 2050-ci ildə istifadəyə verilə bilər. Alimlər Marsa çatmaq üçün altı-səkkiz ay vaxt sərf etmək əvəzinə, kosmik liftin bizi 3-4 aya, hətta 40 günə çatdıra biləcəyini təxmin edirlər.
2012-ci ildə aparılan beynəlxalq araşdırmanın nəticəsində kosmik liftin mümkünlüyü qənaətinə gəlinib. Lakin bunun üçün yüksək səviyyədə beynəlxalq əməkdaşlıq lazımdır.
Roza