"Jirona"nın baş məşqçisi Mişel "Çelsi"ni çalışdırmaqdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Londonluların rəhbərliyi yayda mümkün təyinatla bağlı 48 yaşlı mütəxəssislə İspaniyada danışıqlar aparıb. "Mavilər"in nümayəndələri Mişelin işinə heyran olduqlarını ifadə ediblər və məşqçiyə "Çelsi" layihəsi ilə bağlı fikirlərini açıqlayıblar. Lakin ispaniyalı mütəxəssis bir il əvvəl çalışmağa başladığı "Jirona"dan ayrılmaq niyyətində olmadığı üçün bu təklifi rədd edib.
Başqa bir səbəb də göstərilir. “Jirona” “Mançester Siti”nin sahibi olan “City Group”a məxsusdur. Mişel müqaviləsi 2025-ci ilin yayında başa çatacaq və yenilənib-yenilənməyəcəyi bilinməyən Pep Qvardiolanı əvəzləməyi hədəfləyir. "City Group" rəhbərliyi də hazırda Pepin yerinə Mişelə üstünlük verirlər.
"Çelsi"nin baş məşqçisi vəzifəsinə namizədlər arasında Tomas Tuxel (Bayern), Roberto De Zerbi (Brayton), Eddi Hau (Nyukasl), Joze Mourinyo, Xulen Lopeteqi və Cessi Marş (hamısı işsiz) var.
Heybət