29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

2023-cü ildə neçə nəfərə mühafizə orderi verilib?

20 may 2024 11:11
GÜNDƏM
ads
Advertisement

Ötən il Ədliyyə Nazirliyi tərəfindən verilən mühafizə orderlərinin sayı açıqlanıb. 


QÜTB.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 


2023-cü ildə 180-i qısamüddətli, 16-sı uzunmüddətli olmaqla, ümumilikdə 196 mühafizə orderi icraatda olub, onlardan 187-si qadınlar, 9-u kişilər barədə verilib. 


139 mühafizə orderinin icrası təmin olunub və icraatına xitam verilib. 3 mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib, 14 mühafizə orderi “İcra haqqında” qanunun 7 və 9‐cu maddələrinə, 3 mühafizə orderi “İcra haqqında” qanunun 23.1.1‐ci maddəsinə əsasən geri qaytarılıb, 8‐i digər maddələr ilə icraatdan çıxarılıb, 29 mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. 


Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə kişi cinsindən olan 1 borclu barəsində inzibati tənbeh tətbiq edilib. Uzunmüddətli mühafizə orderi üzrə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.



Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur