29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

O da Ronaldonun nailiyyətini TƏKRARLADI

16 iyn 2024 17:00
İDMAN
ads

Niderland yığmasının hücumçusu Kodi Qakpo 21-ci əsrdə böyük beynəlxalq turnirin qrup mərhələsində ardıcıl dörd oyunda qol vuran üçüncü avropalı futbolçu olub.

Publika.az xəbər verir ki, Qakpo Avro 2024-ün 1-ci turunda Polşaya qarşı matçda qol vurub. Futbolçu bundan əvvəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin bütün oyunlarında qol vurub.

21-ci əsrdə yalnız portuqaliyalı Kriştiano Ronaldo və ispan Alvaro Morata belə bir nailiyyət əldə edə biliblər.

Niderland - Polşa görüşü 2:1 hesabı ilə başa çatıb.

Polşa millisinin heyətində hesabı Adam Buksa açıb. O, 16-cı dəqiqədə fərqlənib. Qarşılaşmanın 29-cu dəqiqəsində Niderlandın heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. 83-cü dəqiqədə Vout Veqhorst oyunun yekun hesabını təyin edib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur