İspaniya millisinin vingeri Lamin Yamal Avropa və dünya çempionatlarının tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, buna Avro-2024-ün yarımfinalı çərçivəsində baş tutan Fransa ilə görüşün (2:1) 21-ci dəqiqəsində baxımlı zərbə ilə fərqlənib. Beləliklə, Yamal iki böyük turnirin tarixində ən gənc qol vuran futbolçu olub.
Köhnə qitədə bundan əvvəlki rekord 18 yaşında Avro-2004-ün qrup mərhələsində Fransaya qol vuran (1:3) isveçrəli Yohan Vonlantenə məxsus idi.
Ümumilikdə mundialla birlikdə ən yaxşı göstərici Pelenin aktivində idi. O, 17 yaşında dünya çempionatında fərqlənməyi bacarmışdı