28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kim Çen Inın bacısı ABŞ-ı hədələdi: nüvə müharibəsi ssenarisi...

24 apr 2024 08:00
GÜNDƏM
ads

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini və Şimali Koreya liderinin bacısı Kim Yo Conq ABŞ-a ultimatum göndərib. O, Pxenyana qarşı təhdidlərin davam edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinə onların təhlükəsizliyi üçün risklər barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Kim Yo Conq bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə bildirib.

“Əgər Birləşmiş Ştatlar öz əlaltılarını toplamağa, gücü ilə öyünməyə və dövlətimizin təhlükəsizliyini təhdid etməyə davam edərsə, ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi daha böyük təhlükə altında olacaq”, - o, qeyd edib.

Kim Yo Çen çıxışında ABŞ və onun müttəfiqlərinin “KXDR-ə qarşı nüvə müharibəsi ssenarisi”ni həyata keçirmək məqsədi ilə keçirdiyi hərbi təlimlərə də toxunub. O, Cənubi Koreyanın şimal qonşusuna qarşı silah istifadə etməyə cəhd edəcəyi təqdirdə “dərhal məğlub olmaq” riskinin olduğunu vurğulayıb.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur