Ukrayna Ali Radasının deputatı Qeo Leros Ukrayna prezidenti Vladimir Zelenski dövlət büdcəsini oğurlamaqda ittiham edib.
Publika.az xəbər verir ki, Leros bu barədə sosial şəbəkə hesabında yazıb.
“Çox maraqlıdır, daim Zelenskinin vicdanına müraciət edən ölkəmizin sakinləri bu cür kapitalın Ukraynadan çıxarılmasından sonra da bu mövqedə qalacaqlar? Onlar Ümid köpüyü” partlamayacaq?” - Leros yazıb.
O, aydınlaşdırıb ki, 2012-ci ildən bəri Ukrayna prezidenti və onun yaxın adamları oliqarx İqor Kolomoyskidən ofşor şirkətlərə 40 milyon dollara yaxın pul çıxara biliblər.
Onun sözlərinə görə, 2014-cü ildə Zelenski vergi ödəməyib, Ukrayna büdcəsindən pul götürüb və Avropa ölkələrində daşınmaz əmlak almaq üçün istifadə edib.
Tural