“Bayern” 3 ciddi itki ilə üzləşib.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Coşua Kimmix, Konrad Laymer, eləcə də müdafiəçi Dayot Upamekano zədə səbəbindən yaxın vaxtlarda Münhen klubuna kömək edə bilməyəcək.
Hər üç futbolçu yanvarın 24-də Bundesliqanın 13-cü turunun “Union”la təxirə salınmış oyununda (1:0) zədələnib. Upamekano bud dizlərini dartıb, Laymer baldır əzələsini cırıb və Kimmx isə çiynindən zədələnib.
“Laymer və Upamekano həftələrlə oynamaya bilərlər. Kimmixə gəlincə, ilk növbədə onun çiynini hərəkətsizləşdirmək lazımdır. Sonra sağalma prosesini və ağrının səviyyəsini izləyəcəyik”, – deyə Münhen klubunun baş məşqçisi Tomas Tuxel bildirib.