Afrika ölkəsi Çadda ərzaqla bağlı fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, bu barədə fevralın 16-da yerli “Tchadinfos” nəşri məlumat yayıb.
Qeyd olunub ki, dövlət əhalinin ən həssas təbəqələrini qidalandırmaq üçün humanitar yardımdan istifadə edəcək.
Bunun üçün ərzaq yardımının göstərilməsinə nəzarət edəcək bölmə də yaradılıb.(Musavat.com)