17.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Baş nazirə qarşı fırıldaqçılıq: məşhur "lider" zəng edərək deyib ki...

17 yan 2025 12:00
HADİSƏ
ads

Telefon fırıldaqları bütün dünyada sürətlə yayılır, hətta hökumət rəhbərlərini hədəf alır. Tailandın Baş naziri Paetonqtarn Şinavatra adı açıqlanmayan tanınmış əcnəbi liderin səsini təqlid edən süni intellektlə dəstəklənən zəng aldığını açıqlayıb.

QÜTB.AZ xəbər verir ki, Baş nazir fırıldaqçıların süni intellektlə məşhur xarici liderin səsini təqlid etdiyini bildirib.

O, səsin çox aydın olduğunu söyləyib: “Ona görə də dərhal tanıdım. Əvvəlcə səs yazısı göndərdilər ki, "necəsən?" Daha sonra fırıldaqçılar “ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək pul tələb etdi. Bunun artıq qurma olduğunu bildim”.

Səsi təqlid edilən liderin kim olduğu barədə məlumat verilməyib.

Cənub-Şərqi Asiya fırıldaqçılıq şəbəkələri ilə tez-tez gündəmdədir. Bildirilir ki, son illərdə bölgədəki cinayətkar təşkilatlar süni intellekt və digər texnoloji inkişaflardan istifadə edərək qlobal miqyasda milyardlarla dollar dəyərində fırıldaqçılıq fəaliyyətləri həyata keçirir.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur