13.03.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ukraynanın nə qədər silahı qalıb?

05 mar 2025 00:00
DÜNYA
ads
Advertisement

ABŞ tərəfindən Ukraynaya göndərilən silah və texnika ehtiyatları yaxın iki-üç ay ərzində tükənə bilər.

Qutb.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzeti Ukrayna kəşfiyyatındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Daha öncə bəzi KİV-lər Ukraynanın ən az altı ay döyüşə davam edəcək ehtiyatlarının olduğunu bildirib.

"Bundan sonra bizim üçün çox çətin olacaq. Bu, tam kollaps olmasa da, geri çəkilmə sürətimiz artacaq", – deyə Ukrayna kəşfiyyatındakı mənbə qeyd edib.

Məsələ ilə bağlı Karnegi Fondunun hərbi analitiki Maykl Kofman da yaxın aylarda vəziyyətin daha da kritikləşəcəyini vurğulayıb.

"İki ay ərzində biz ciddi nəticələrini görməyə başlayacağıq. İlk növbədə bu, Ukraynanın dəqiq zərbələr endirmək qabiliyyətinə təsir göstərəcək", – deyə Kofman qeyd edib.

Ukraynalı hərbi ekspert Pavel Narojnıy isə bildirib ki, söhbət HIMARS reaktiv yaylım atəşi sistemindən gedir. Onun sözlərinə görə, Ukraynanın bu sistemə real alternativi yoxdur. Hərçənd Britaniya və Fransanın Ukraynaya göndərdiyi "Storm Shadow/SCALP" qanadlı raketləri mövcuddur, ancaq onların sürəti daha aşağıdır və vurulma ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, Ukrayna ordusu üçün ABŞ-ın silah yardımları həlledici əhəmiyyət daşıyır. Əgər bu təchizat dayansa və ya azalarsa, bu, cəbhə xəttində ciddi dəyişikliklərə səbəb ola bilər. ABŞ Konqresində yeni silah yardımı paketinin təsdiqlənməsi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur