Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın səbəbilə Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.