Estoniyada eynicinsli cütlüklərin nikah üçün müraciət etmək hüququ təmin ediləcək.
Publika.az xəbər verir ki, bu barədə “ERR” milli dövlət televiziya və radio portal məlumat yayıb.
Qeyd olunub ki, parlamentin müvafiq qərarı ilə Ailə qanunvericiliyinə nikahın iki şəxs arasında olmasını müəyyən edən və nikahın kişi ilə qadın arasında olması qaydasını ləğv edən dəyişikliklər qüvvəyə minib.
Artıq ölkənin Nikah Qeydiyyat şöbəsinə müraciət üçün təqdim edilən yeni formalar daxil olub. Köhnə üslublu formalar “kişi” və “qadın” yazılanlar da hələ də mövcuddur.