Bakıda restoranda yanğın
Samux rayonu Ziyadlı kəndinin sakinləri ilə bələdiyyə sədri arasında mübahisə baş verib.
Samux rayon İcra Hakimiyyəti hadisə ilə bağlı Qutb.az-a danışdı
Samux rayonunun bir qrup Ziyadlı və Sərkar kənd sakinlərinin kanal 24 internet kanalında İmadəddin Nəsimi küçəsinin Ziyadlı bələdiyyəsi tərəfindən daralmasına etiraz etdikləri bildirilmişdir.
Bununla bağlı bildirmək istəyirik ki, Samux rayonunun Ziyadlı və Sərkar kəndlərinin sərhəddində yerləşən İmadəddin Nəsimi küçəsinin başlanğıcında Sərkar kəndinə məxsus ərazidə bir neçə Sərkar kənd sakini kommersiya fəaliyyəti göstərmək üçün obyekt tikdirmişdir. Həmin obyektlərin davamı olaraq Ziyadlı bələdiyyəsinə aid hissədə Ziyadlı kəndindən olan iki şəhid ailəsinə və üç qazinin müraciətləri əsasında kommersiya fəaliyyəti məqsədi ilə yer ayrılması üçün Ziyadlı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə koordinat arayışının verilməsinə və torpağın təyinatının müəyyənləşdirilməsinə görə müraciət edilmişdir.
Mövcud yolun eninin 12 metr saxlanılması şərti ilə bələdiyyənin müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində icraatdadır. Koordinat arayışı alındıqdan sonra bu məsələ Ziyadlı bələdiyyəsində müzakirə ediləcəkdir.
Kanal 24-ün video çəkilişində göstərilənlər qərəzli olmaqla həqiqəti əks etdirmir.
09.06.2023 21:58
Samux rayonu Ziyadlı kəndinin sakinləri ilə bələdiyyə sədri arasında mübahisə baş verib.
Sakinlər iddia edirlər ki, yolun bir hissəsi bələdiyyənin qərarı ilə obyekt tikilməsi üçün ayrılıb. Bu isə həm yolun daralmasına, həm də yol kənarındakı yaşıllıqların məhvinə səbəb olacaq.
Kənd sakinləri bu səbəbdən günlərdir bələdiyyə sədrinə etiraz edirlər.
Daha ətraflı Baku TV-nin süjetində: