Rayonlarda yağıntılı hava davam edir
ABŞ universitetinə qəbul alan Mehdi TƏHSİL HAQQINI ÖDƏYƏ BİLMİR
Almaniya "Bavariya"sı futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb.
Qutb.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
2017-ci ildən Münhen təmsilçisində çıxış edən 28 yaşlı oyuncu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.