"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
xxx
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdiriblər - 2:2.
90+2-ci dəqiqədə Patrik Şik fərqlənib.
xxx
23:20
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Publika.az xəbər verir ki qonaqlar hesab arasındakı fərqi azaldıblar.
70-ci dəqiqədə Florian Virtz fərqlənib.
Azərbaycan çempionu hazırda öndədir - 2:1.
xxx
22:35
UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, oyunun 45-cı dəqiqəsində Juninyo “Qarabağ”ı 2:0 önə keçirir.
xxx
22:13
UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Benziyanın qolu ilə “Qarabağ” 1:0 önə keçib.
xxx
21:45
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
xxx
20:36
Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın "Bayer 04" klubunun start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
"Qarabağ": Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
"Bayer 04": Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek.
Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.
xxx
19:45
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.
Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunu
7 mart
21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benua Bastien (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.