04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Tarixdə ilk: Fransa əsgərləri Bukingem sarayında - FOTO

09 apr 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Britaniya və Fransa əsgərləri ilk dəfə Bukinqem sarayında keşikçilərin dəyişməsi mərasimində rol dəyişiblər.

Publika.az xəbər verir ki, bununla da Fransız əsgərləri tarixdə ilk dəfə Bukinqem sarayını mühafizə etmiş olub.

Bu mərasim Fransa-Britaniya dostluq əlaqələri və “Entente Cordiale”nin 120 illiyinə həsr olunmuş addımdır. Səhhəti səbəbindən Kral III Çarlz mərasimdə iştirak edə bilməyib, lakin onu Edinburq hersoqu Şahzadə Edvard və xanımı Edinburq hersoginyası Sofi əvəzləyib. Həmçinin Fransanın Böyük Britaniyadakı səfiri Helene Duşen də mərasimi izləyənlər arasında olub. Britaniyalı əsgərlər də Parisdəki Yelisey Sarayının qarşısında prezident mühafizəsini təmin etmək üçün fransız əsgərlərə qoşulublar.

1904-cü ildə imzalanmış “Entente Cordiale” sazişi bu günə qədər Britaniya-Fransa ittifaqının təməli kimi qəbul edilir və iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılmasında xüsusi rol oynayıb.

Qeyd edək ki, keşikçilərin dəyişmə mərasimi Böyük Britaniyada Bukinqem sarayında və digər kral iqamətgahlarında keçirilən mərasim ənənəsidir. Bu, vəzifələrin bir qrup mühafizəçi əsgərdən digərinə rəsmi təhvil verilməsini nəzərdə tutur və həftədə bir neçə dəfə həyata keçirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur