Suriyanın Hüms şəhərinin mərkəzi hökumət əleyhinə qrupların nəzarəti altındadır.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məluat yayıb.
“Bəşər Əsəd rejiminə müxalif qüvvələr Dəməşqin qapısı olan Hüms vilayətinin mərkəzini zəbt ediblər. Hümsda şiddətli toqquşmalardan sonra qruplar dərinliyə doğru irəliləyiblər, şəhərin mərkəzinə nəzarəti ələ keçiriblər”, – nəşr yazıb.
Qeyd edilib ki, Hümsda tərəflər arasında baş verən qarşıdurma son zamanların ən şiddətli toqquşması olub.
Eyni zamanda, SANA agentliyi Suriya Silahlı Qüvvələrinə istinadla silahlə müxaliflərin Hümsa soxulması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını iddia edib. Suriyanən adı açıqlanmaya nazirliyinin məlumatına görə, şəhərdə vəziyyət “təhlükəsiz və sabitdir”.
Hüseyn İbadlı