29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanı “Böyük Dəbilqə”də bu cüdoçular təmsil edəcəklər

12 mar 2024 00:00
İDMAN
ads
Advertisement

Cüdo üzrə Azərbaycan millisinin Gürcüstan və Türkiyədə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, idmançılar ilk olaraq martın 22-24-də Gürcüstanın paytaxtı Tiflisdə çıxış edəcəklər.

Yığma həmin yarışa 16 cüdoçu ilə yollanacaq ki, onlardan 5-i qadın, 11-i kişidir. Tbilisidə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), İbrahim Əliyev (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Martın 29-31-i aralığında Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Böyük Dəbilqə” üçün isə 9 kişi cüdoçunun iştirakı təsdiqlənib. Ruslan Paşayev (66 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovun (hər ikisi +100 kq) Tbilisidən sonra Antalyada da çıxışları planlaşdırılır. Onlarla yanaşı, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Vüsal Qələndərzadə (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq) də qardaş ölkədə qüvvələrini sınayacaqlar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur