Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son matçına çıxıb.
Publika.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Estoniyada Lüksemburqla üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi daha əvvəl keçirdiyi görüşlərdə Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniya yığmalarına 0:3 hesabı ilə uduzub. Seçmə bu nəticədən sonra yarışı 1 xalla başa vurub.