20.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Çin yeni gizli silahın son sınaqlarını keçirdi

20 yan 2025 08:00
DÜNYA
ads
Advertisement

Çində “hava-hava” sinfinə aid gizli hipersəs raketinin son sınaqları keçirilib.

QÜTB.AZ xəbər verir ki, bu barədə “The South China Morning Post” (SCMP) qəzeti sınaqçılara istinadən yazıb.

Alimlər bildiriblər ki, raketlər Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələrinin sərt xarakteristika tələblərinə uyğun olmaq üçün termiki davamlılıq üzrə ekstremal sınaqlardan keçib.

“Bu, hazırda uçuş sınaqlarından keçən B-21 görünməz bombardmançı təyyarəsi də daxil olmaqla, Amerika hərbi təyyarələri üçün görünməmiş təhlükə yarada biləcək bu sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir”, – nəşrdə qeyd olunub.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonunda ABŞ altıncı nəsil B-21 Raider strateji görünməz bombardmançı təyyarələrinin müntəzəm sınaq uçuşlarına başladığını açıqlamışdı.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur