03.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı

01 iyn 2025 16:00
DÜNYA
ads
Advertisement

Rusiya Ordusununın Ukrayna Quru Qoşunlarının təlim bölməsinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.

 

Qutb.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Quru Qoşunlarına istinadən məlumat yayıb.

 

"Bu gün, iyunun 1-də düşmən Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralanan hərbçilər var", - məlumatda deyilir.

 

Hərbçilər qeyd ediblər ki, heç bir birləşmə və ya şəxsi heyətin kütləvi toplantısı keçirilməyib.

 

"Hava hücumu həyəcanı elan edildikdən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub. Zərərçəkənlərə bütün lazımi zəruri tibbi yardım göstərilir", - Quru Qoşunlarından əlavə olunub.

 

Şəxsi heyətin itkilərinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Quru Qoşunları komandanlığında komissiya yaradılıb və daxili araşdırmaya göstəriş verilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur