97-ci "Oscar" mükafatları mərasiminin aparıcısı komediyaçı Konan O'Brayen olacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Akademiyanın baş direktoru Bill Kramer və prezident Janet Yanq bu barədə birgə bəyanat yayıb.
"Bu, bizi həyəcanlandırır və qürurlandırır”, - deyə bəyanatda qeyd edilib.