Polşada, bazar ertəsi, fevralın 12-dən hərbi texnikanın hərəkəti demək olar ki, bütün yollarda intensivləşəcək. Bu, NATO-nun son onilliklərin ən böyük hərbi təlimi olan “Steadfast Defender-24” ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə Polşa Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, Polşada hərbi texnikanın kolonnalarının hərəkəti təlimlər çərçivəsində həyata keçiriləcək.
Müttəfiq qoşunlarının köçürülməsi təcrübəsi, sərhədyanı fəaliyyətlərin əlaqələndirilməsi və qəbul edən ölkələrlə əməkdaşlıq təlimi planlaşdırılır.